Dünənki evlərə girib kompüterləri uçota alacaqlar xəbəri haqqında biri rifah səviyyəsi ölçülür, biri rəqəmsal inkişaf üçün önəmlidir zırt-pırt bəhanəsi edir.
Ərinmədim, Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli 3-34/3-2-26/2026 nömrəli qərarını tələsmədən, bənd-bənd oxudum. Bu, parlament səviyyəsində qəbul edilmiş qanun da deyil; komitənin daxili qərarıdır və 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qərarın əsl miqyası və hədəfini nəzərə alanda görürsən ki, bu kompüter məsələsi sadəcə xırda bir təfərrüatdır.
Əslində baş verən odur ki, yerli icra hakimiyyətlərinin Sovet dövründən qalma və bu günə qədər kəndlərdə apardığı "təsərrüfatbaşına uçot" mexanizmini indi şəhər və qəsəbələrə də tam tətbiq edib bütöv bir nəzarət şəbəkəsinə çevirirlər. Sxem belə qurulub ki, hər bir təsərrüfata sabit bir şəxsi hesab nömrəsi açılır. Hər il yanvar ayının 1-dən 30-na kimi icra nümayəndəliyinin işçiləri qapı-qapı gəzərək ailə başçısını dindirəcək, məlumatları xüsusi kitablara yazacaq və oradan da mərkəzi elektron bazaya ötürəcəklər.
Bu "uçot kitabı"nda tələb olunanlar isə adi statistika çərçivəsini çoxdan aşıb birbaşa fərdi dosye xarakteri daşıyır. Belə ki, evdə yaşayan hər bir kəsin FİN (Fərdi İdentifikasiya Nömrəsi), milliyyəti, doğum yeri, təhsili (hansı məktəbdə və ya universitetdə oxumasına qədər), dəqiq iş yeri və vəzifəsi, aldığı pensiya və ya sosial yardımın növü, hərbi qeydiyyatı, əlaqə telefonları və HƏTTA şəxsi e-poçt ünvanı yazılacaq. Ailədə əlilliyi olan şəxs varsa, orqanizmin funksiyalarının pozulması faizindən tutmuş bunun səbəbinə qədər (istehsalat zədəsi, ümumi xəstəlik, müharibə və s.) qeyd edilməlidir. Evdə kirayəçi qalırsa, mülkiyyətçi ilə aralarında rəsmi yazılı müqavilənin, yoxsa sadəcə "şifahi razılaşma"nın olduğu da dövlət qeydiyyatına alınır.
Üstəlik, söhbət təkcə kompüter və ya planşetin sayından, internetin simli və ya simsiz olmasından da getmir. Evin ümumi sahəsi, otaqların sayı (texniki pasport olmasa və ya uyğun gəlməsə, evə məcbur girib divarları ölçə bilərlər), mənzildə vanna, tualet, kanalizasiya, istilik sisteminin növü, ailənin adına olan avtomobillər, yük maşınları, həyətyanı sahədəki kartof-pomidorun sayı, saxlanılan mal-qaranın, arı pətəklərinin və hətta toyuqların sayına qədər hər şey siyahıya alınır.
Ən absurdu isə "müvəqqəti qaiblər" məsələsidir. Əgər ailə üzvlərindən biri ölkə xaricində işləyirsə, təhsil alırsa, əsgərlikdədirsə və ya həbsdədirsə, ailə başçısı dövlətə onun hara getdiyini, gediş tarixini və getməsinin dəqiq səbəbini bildirməlidir. Əgər ailə ilə əlaqə saxlayırsa, buna heç bir vaxt limiti də tətbiq olunmur; yəni xaricdə yaşasan belə, atan sənin harada olduğunu dövlətə raport etməlidir.
Sənədin 2.7-ci bəndində açıq-aşkar yazılıb ki, toplanan bu məlumatlar təkcə demoqrafiya üçün deyil, həm də seçkilərdə və referendumlarda səsvermə hüququ olanların siyahılarını (yəni seçici siyahılarını) tərtib etmək üçün istifadə olunacaq. 3.7-ci bənddə isə qeyd edilir ki, təkcə statistika idarələri deyil, adı çəkilməyən "digər orqanlar" da vətəndaşa çağırış vərəqəsi, bildiriş və digər sənədlər göndərəndə məhz bu təsərrüfat nömrəsinə istinad edəcəklər. Yəni Allah bilir kimlərə ötürüləcək sizin məlumatlarınız.
Bəli, kağız üzərində "Fərdi məlumatlar haqqında" ümumi qanun var. Amma birbaşa bu qərarın içinə baxanda toplanan bu nəhəng informasiya kütləsinin hansı təhlükəsizlik tədbirləri ilə qorunacağı, elektron bazaya kimlərin əlinin çatacağı, məlumatların saxlanma müddəti və ya vətəndaşın bu qədər intim suallara cavab verməkdən imtina hüququna dair bir cümlə belə yoxdur. Tutaq ki, mənim atam demək istəmir mən niyə Polşadayam. Nə edəcəklər?
Sənəddə bəzilərinin iddia etdiyi kimi nə rəqəmsallaşmadan, nə əhalinin sosial rifahının yüksəldilməsindən, nə də müasir inkişafdan bəhs olunur. Bunlar sadəcə dövlətin hər sıçdığı poxu yemək istəyənlərin uydurmasıdır. Əliyev paranoyaklaşır.
My father, former political prisoner Saleh Rustamov, has been banned from leaving Azerbaijan.
After his release from prison, he was prohibited from engaging in any kind of activity in Azerbaijan, which forced him to move to Kazakhstan.
Support Ulviyya Ali with letters!
Already for a month, journalist Ulviyya Ali has been imprisoned on false charges for her brave and honest reporting.
Now more than ever, she needs to feel the support of those who stand with her. We invite you to write to Ulviyya to share your thoughts, your solidarity, or simply a few words of kindness. Your letters will be delivered to her, and each one will be read.
https://t.co/GJ39OyHEtx
23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Cəmilə Əlişeva deyir ki, o, dekabrın ortalarında namizədliyini verib və ilk gündən etibarən əngəllərlə, kobud rəftarla üzləşir.
Ətraflı:
https://t.co/x9BxrDbEze
Bütün vətəndaş cəmiyyətinə səslənirəm. Bəlkə hər birimizin başqa ideoloji görüşlə ola bilər, hətta bir-birimizdən nifrət edə bilərik. Cəmilə Əlişeva və bizim sizə ehtiyyacıməz var.
1/2
Animal rights activist Kamran Mammadli protested the Azerbaijani government's shooting of stray dogs during the COP-29 event. At present, security guards have taken Kamran Mammadli, and journalists have been assaulted. We don't know the whereabouts of Kamran.
Animal rights activist Kamran Mammadli protested the Azerbaijani government's shooting of stray dogs during the COP-29 event. At present, security guards have taken Kamran Mammadli, and journalists have been assaulted. We don't know the whereabouts of Kamran.
Heyvan haqları fəalı Kamran Məmmədli COP-29 tədbiri zamanı Azərbaycan hökümətinin küçə itlərini güllələməsinə etiraz olaraq aksiya edib. Hazırda “veqan kollektiv” aktivist qrupun üzvü Kamran Məmmədlini mühafizəçilər aparıb, jurnalistlərə zorakılıq baş verib.Xəbər almağa çalışırıq
#COP29 ➡️ Over the last years, an increasing number of fossil fuel lobbyists have been attending the conference, resulting in weak fossil fuel related decisions.
🚨 Failing to address conflicts of interest and undue influence in climate will put millions of lives at risk.
@AliSadikhovich@NoSezgin 1. Статья удалилась после проведения отрытого голосования.
2. Админ Азербайджанской Википедии, который являлся автором статьей про шахидов, говорил в своих интервью что собранные статьи, как только они будут перенесены на новую платформу, к сожалею будут удалены
Onu da qeyd edim ki, ortada heç bir kibercinayət filan da yoxdur. "Tək həqiqi radikal", Qiyas məllim, 10-15 nəfər solçu gəncə eyni məzmunlu səs atıb. İndi yadına düşmür ki, kimə nə deyib 🙂 İndi də o adamı tapmaq üçün dəridən qabıqdan çıxır. Yaxında deyəcək sifarişdir 😅