Ömrü boyu yalnızlıqdan bəhs edən Sartre'nin məzarı.
"Var olmaqdan danışarkən yanında heçkim yox idi. Yox olunca hər kəs yanında oldu"
(Simone de Beauvoir, Jean Paul Sartre'nin cənazəsi haqqında belə deyirdi)
Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.
Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...
İnsan ada deyil ki, yaşasın tək başına
Hamımız qitənin bir parçasıyıq. Dalğalar sahildəki qayanı qoparsa,Avropa kiçilər.Hər insanın ölümü də mənim ömrümü qısaldır. Mən bəşəriyyətlə vəhdətdəyəm,ona görə kilsə zəngini eşitsən soruşma kimdir dünyadan köçən? Elə sənsən dünyadan köçən
Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram.
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki,
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik.
Doktor, məni unutsan, elə unut ki,
Səndən sonra heç kimin yadına düşməyim.
Aqşin Yenisey
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.
Çünki biz
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə.
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor.
Bundan sonra başqasını sevsən də sevinəcəyəm
Biləcəyəm ki, o da mənəm.