Dostlar, Mehman Hüseynov artıq su içsə dә, aclığı davam etdirir. Onu 2-ci dəfə şərləyib, daha uzun müddətə həbs etmək istəyinә 1 hәftәdir aclıqla etiraz edir. Onun aksiyası hәm dә cəmiyyətin diqqətini bu haqsızlığa çəkmək üçündür. Onu tәk qoymayaq, hәr vasitә ilә müdafiә edәk.
Bayramı siyasi məhbus olan müavinlərim Fuad Qəhrəmanlı və Seymur Həzinin ailəsi ilə qeyd etdik. Dostlarımın ailələri də özləri qədər möhkəmdirlər. Biirlәr ki, onlar bu fədakarlığı xalqımızın uğurlu gələcəyi üçün edir. Onlarla qürur duyurlar. Allah qapılarını açsın!
Dostlar, Mehman Hüseynov 4-cü gündür ki, quru (su da içmədən) aclıq edir. Bu xəbər sizə nə deyir? Mehman bəyə qarşı bu haqsızlığa cəmiyyət olaraq reaksiyamız adekvatdırmı?
Jurnalist Sevinc @Osmanqizi'nın yutub kanalında vә feysbuk sәhifәsindә canlı yayımda bu ilin yekunlarından vә gәlәn illә bağlı gözlәntilәrdәn danışdıq.
https://t.co/d7JSzIes0B
Mehman Hüseynovu “karsa” salıblar. Vəkillә görüşünə imkan verilmir. Haqqında isə 2-ci cinayət işi açıblar. Ondan tələb edirlər ki, öhdәlik götürsün, azadlığa çıxandan sonra özü və qardaşı Emin Hüseynov öz fәaliyyәtlәrini dayandırsın. Mehman bəy təbii ki, şərtləri qəbul etmir.
-İ.Əliyevin hakimiyyətdə qaldığı hәr әlavә günün qiyməti;
-İ.Əliyevi tənqid etməyə cəsarəti çatmır, özünə müxalifətçi deyir;
-Millətimizi kimlər və niyә utandırır?
-Müxalifətə birlik çağırışı niyə indi edildi?
Jurnalist Kamran Mahmudovla müsahibəm - https://t.co/Ps6J3PQ0j1
Şəhid anaları məcbur olub yeni-yeni etiraz formaları düşünürlər. Kar və kor hakimiyyətə, biganə və zəif cəmiyyətə mesajlarını çatdırmaq üçün bu dəfə də susaraq, ağızlarını bağlayaraq aksiya keçiriblər.
Ümid ona qalıb ki, şəhid ailələri bir nümayəndə heyəti göndərsin Belarusa, Lukoşenkodan xahiş etsinlər, onları İlham Əliyevə tapşırsın. Lukoşenko zəng eləsə, ikicə günə bütün şəhid ailələrinin pulunu verərlər...
PA qarşısında şəhid analarına zor tətbiq edilən, şəhid oğlu həbs olunan vaxt İlham Əliyev də idmançılara mənzil və pul paylayırmış. Şəhid analarını bir dəfə qəbul etməyən, onların neçə aydır davam edən aksiyalarına diqqət yetirməyən dövlət başçısı 25 idmançıya mənzil bağışlayıb.
Atasının qan pulunu tələb edən şəhid oğlunu 30 sutka müddətinə həbs ediblər. Şəhid oğlunun qan pulunu tələb edən şəhid anasına güc tətbiq edib, əlini yaralayıblar. Şəhid anası prezident aparatı qarşısında rastlaşdığı qarşıdurma və hörmətsizlikdən huşunu itirib, özündən getdi...
Müsavat başqanı Arif Hacılı ilə görüşdüm. Müxalifətin əməldə, mübarizədə birliyinə nail olmağı, ölkədə köklü dəyişiklik uğrunda mübarizənin daha effektli təşkilini müzakirə etdik. Yaxşı söhbətimiz oldu.
Söhbәtin sonunda İsgəndər Həmidov vә Sabir Rüstəmxanlı da bizə qoşuldu.
Dostumuz, əqidədaşımız, siyasi məhbus Aqil Əli Məhərrəmin 30 yaşını əkiz qızları və ailəsilə birlikdə qeyd etdik. Aqil bəyin ailəsi möhkəmdir, ona arxadır. Valideynləri fəxr edirlər ki, Aqil bәy artıq tək onların yox, bütövlükdə xalqımızın övladıdır. Ad günün mübarək, əziz dost!
Seyrə davam )
Ermənistandakı demokratiyaya keçid serialı qurtaran kimi Gürcüstandan növbəti demokratiya serialı başlandı. Etiraf edək ki, çoxumuz Azərbaycanda da belə proses arzulayırıq. Ancaq istәyirik ki, bu proses bizdә dә başqaları tərəfindən edilsin, biz də baxıb şərh edək.
Dostlar, bu bir yuxu deyil, reallıqdır. İsdlahatların coğrafiyasına baxın: Zimbabve, Efiopiya, indi də Özbəkistan. Kuba və Belarusun da siyasi məhbusları azad etdiyini xatırlayanda Rəsulzadə yurdunun hansı acılar yaşadığını daha yaxşı anlamaq olar.
Ölkənin vəziyyəti kosmetik təmirlə düzələn deyil, köklü dəyişiklik olmalıdır. Necə? Bu barədə Sevinc @Osmanqizi ilə canlı yayımda danışmışıq.
https://t.co/scgUm1jVkA
Təkcə insanı sarsıdan bu məlumat (statistika yazmağa әlim gәlmir) xalqımızın elliklə mübarizə qərarı verməsi üçün yetərli olmalıdır. Son 10 ildə 18 min nəfərə qədər körpə 1 yaşına çatmadan ölüb...
Əli Kərimlinin zindan qələbəsi...
Yaxud, şəxsiyyətin qandal azadlığı
Bizim taleyimizə təsəvvür etmək istəmədiyimiz günlər yazıldı. Bizim ölkəmizdə görmək istəmədiklərimiz meydan suladı. Amma bir həqiqət də var... https://t.co/wBxNdPFScc