Şuşa uğrunda gedən döyüşlər zamanı əsir düşən hərbçilər Amin Musayev və Bayram Kərimov sağdırlar və hazırda Yeravanda hərbi hospitaldadırlar. Bu haqda onlarla görüşən Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşları xəbər verib. Onların geri qaytarılması üçün dialoqlar davam etdirilir.
Azərbaycan öz ərazisində döyüşmüş, öz ərazi bütövlüyünü bərpa etmişdir və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.
Bu günü 30 il gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini səbirsizliklə gözləyirlər.
Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir.
Dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir. Hər şeyi dağıdıb, mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır.
Bizim Qələbəmiz yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də şərlə mübarizədir. Çünki biz qurub yaradan xalqıq. Xalqımız bir daha öz böyüklüyünü göstərəcək.
Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik.
Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!