🌍 Bakıda keçirilən Hindistanda etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş konfrans
🏢 Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı 🌐 beynəlxalq konfrans işə başlayıb.
🤝 Tədbir Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub. 👥 Tədbirdə həmçinin Zikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, ⚖️ insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin 🛡 birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/VIb7DBsYNg
#konfrans #photostockaz #amritsarhadisələri #bakı #azərbaycan
⚡️ "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı panel
🏛 31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumuna 📌 bu gün yekun vurulacaq.
📊 Forumda gün ərzində "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi", "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi", "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika", "Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi", "Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya", 💡 "Enerjinin Gələcəyi: Data Mərkəzləri, Hidrogen və SMR-lər" adlı panel sessiyalar, həmçinin müxtəlif mövzularda 💬 müzakirələr keçiriləcək.
📅 Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən foruma dünən start verilib.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/lxiiGMYZPn
#socar #photostockaz #enerjihəftəsi #bakı #azərbaycan
⚡️ Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Caspian Oil and Gas" və "Caspian Power" sərgiləri
🌍 Regionun aparıcı sənaye tədbiri olan Bakı Enerji Həftəsi (Baku Energy Week) 31-ci dəfə 🚀 fəaliyyətə başlayıb. 📅 Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi 🏛 dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə 🤝 baş tərəfdaş qismində çıxış edir. Təşkil edildiyi illər ərzində Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində ✨ mühüm və gözlənilən hadisələrdən biri olub.
🏢 Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "Caspian Oil and Gas" və "Caspian Power" sərgiləri təşkil edilib. 💼 Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri 💬 üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/n0Gh8WGD1V
#socar #photostockaz #enerjihəftəsi #bakı #azərbaycan
🎈 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
📅 İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 🏛 Bu günün əsası 1950-ci ildə BMT Baş Assambleyasının təşəbbüsü ilə keçirilən qadınların beynəlxalq konfransında qoyulub. 📜 Həmin konfransda 1 iyun tarixinin uşaqların müdafiəsinə həsr olunması qərara alınıb və bu gündən etibarən tarixə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olub.
🇺🇳 Daha sonra BMT çərçivəsində uşaq hüquqlarına dair konvensiya qəbul edilib. 🇦🇿 Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşularaq uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. 🎉 Bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, layihələr və əyləncəli proqramlar təşkil olunur.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/LdgI6Qw4b5
#uşaqlargünü #photostockaz #1iyun #bakı #azərbaycan
🕯 Dekorativ sənət ustası Nigar Mehdiyeva
✨ Dekorativ sənət ustası Nigar Mehdiyeva ⏳ 9 il əvvəl fərqli ölkələrdən 📦 qəliblər sifariş etməklə müxtəlif dizaynda şamlar hazırlamağa başlayıb. 🌿 Ekologiya sahəsində təhsil aldığı üçün əl işlərinin forma, detal və 🎨 rəng seçimində təbiətdən ilham aldığını bildirir.
💬 Onun fikrincə, təbiət yaradıcılıq üçün 🌍 ən böyük ilham mənbəyidir. 📅 Zaman keçdikcə yalnız hazır qəliblərdən istifadə etməklə kifayətlənməyib, 🛠 özü də silikon qəliblər hazırlamağa başlayıb və 📈 bu işi daha da peşəkar səviyyəyə yüksəldib.
🔗 Beləcə, bu fəaliyyət onun üçün sadəcə məhsul istehsalı deyil, 🖼 eyni zamanda sənətə çevrilib. 👀 O, ətrafındakı hər bir əşyaya fərqli baxışla yanaşır və ✨ gündəlik detalları belə yaradıcılıq materialına çevirə bilir. 🧘 Nigar Mehdiyeva bu işin böyük ⏳ səbr tələb etdiyini vurğulayır.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/RZXHqwAAMt
#nigarmehdiyeva #photostockaz #dekorativşam #bakı #azərbaycan
🎭 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa öncəsi qrim prosesi
ℹ️ Teatr tamaşalarında qrim prosesi obrazın səhnədə daha dolğun və təsirli görünməsində mühüm rol oynayır.💡 Səhnə işıqları, kostyumlar və personajın xarakterinə uyğun hazırlanan qrim ✨ aktyorun yaratdığı obrazın tamaşaçıya daha 🤝 inandırıcı çatdırılmasına xidmət edir.
🚪 Tamaşadan əvvəl qrim otaqlarında aparılan hazırlıq mərhələsi isə teatrın 🎨 ən maraqlı və yaradıcı proseslərindən biri hesab olunur. 🏛 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin 📜 “Xurşidbanu Natəvan” pyesi əsasında nümayiş olunan tamaşanın 🎬 səhnəarxası hazırlıq prosesi də məhz bu 🌟 yaradıcı atmosferi əks etdirir.
📸 Daha çox foto və məlumat üçün link:⤵️
https://t.co/C6rlNhYaAY
#teatr #photostockaz #qrimustası #millidramteatrı #bakı #azərbaycan