Üzeyir Mehdizadənin Alim Qasımovla Üzeyir Hacıbəyovun ad günündə, Milli musiqi günündə duet paylaşmağı bizim indi nəyin içindəyiksə ona layiq olduğumuzun sübutudur!!!
Orkhan Rustamzade ilə ortaq dostlarımız çoxdu, özü ilə də tanışıq, yəni bir birimizi real həyatda 10 ildən çoxdu tanıyırıq. 4 aydı evlidi və yoldaşında Xərçəng aşkar olunub. Özünüz bilirsiniz real tanımadığım adamları heç vaxt paylaşmıram. İndi Orxana və Yoldaşına maddi kömək lazımdı. Kimin imkanı nəyə çatır 1-10-15 fərq etmir, aşağıdakı kartlara yardım yollasın.
Güc birlikdədir!
Evliliyimizin 4-cü ayında həyatımızın bəlkə də ən çətin sınağı ilə qarşı-qarşıya qaldıq. Trombozla başlayan simptomlardan sonra Gülnarın pankreas və öd kisəsi xərçəngi olduğunu öyrəndik. Qanda laxtalanma ilə yanaşı, xronik anemiya ilə də mübarizə aparırıq. Düzənli qan verilir.
Gənc olmaq gözəldir, amma yatdığın xəstəxanın ən gənci olmaq elə dəhşətlidir ki… 33 yaşında ömrümüzün baharını qışa çevirməyə çalışan bu hüceyrədən zərrə qədər çəkinmirik. Avqust ayından bəri necə savaşmaya başlamışıqsa eyni templə də davam edirik. Nədən qorxursansa ona çevrilirsən deyirlər. Biz isə qorxmuruq, üzümüzdəki gülüşün hər cür xəstəliyin öhdəsindən gələcəyinə inanırıq.
Hazırda kimyaterapiya mərhələsindəyik. Geniş genetik analizdən sonra ağıllı iynə və immunoterapiyaya başlamalıyıq. Müalicəyə Türkiyənin Ankara şəhərində, Cebeci xəstəxanasında davam edirik. Xarici vətəndaş olduğumuz üçün müayinə və müalicə xərcləri büdcəmizi aşmağa başlayıb. Kapsamlı genetik analiz, ağıllı iynə, immun terapiya kifayət qədər bahalı prosedurlardı. Bura qədər yaxın çevrənin və ailənin dəstəyi ilə gəlmişik. Bu prosedurların yüksək xərcləri bizi çətin vəziyyətə salsa da, güvəndiyimiz bir şey var: birlikdə hər şeyin öhdəsindən gələ bilərik.
Bu yol təkcə bir müalicə deyil, həm də ümid, sevgi və həmrəylik yoludur. Biz bu mübarizədə tək deyilik – siz də bizim mübarizənin bir parçası ola bilərsiniz. Həyatımıza sevgi ilə toxunun, Gülnarın gülüşünü qorumağımızda sizin də payınız olsun. Postu paylaşmağı unutmayın 🙂
Dəstəyiniz hər birimiz üçün yeni bir günəş olacaq! Bizimlə bu mübarizənin bir parçası olduğunuz üçün sonsuz təşəkkür edirik.
Kart və bank məlumatları:
Azərbaycan: Leobank: 4098 5844 6557 9652 / Gülnar Xıdırova
Gürcüstan: BOG: GE68BG0000000592342017 /Gulnar Khidirova
Türkiyə: Ziraat Bankası: TR78 0001 0012 3986 7608 8650 01 /Orkhan Rustamzade
Türkler olarak bazı konularda çok asimile olmuşuz gibi hissediyorum mesela instada bu videoyu gördüm ve bizim niye böyle bize özgü gelinliğimiz yok dedim gelinliklerimiz hep batıya benziyor
Azərbaycanla Türkiyənin "qardaş dövlət anlayışı" Qurtuluş savaşında Azərbaycan SSR-in Türkiyəyə etdiyi qarşılıqsız yardımına əsaslanır. O vaxt Azərbaycan SSR-in göndərdiyi neft ,qızıl, taxıl, eləcə də silaha görə Türkiyədən heç nə istəməmişdi. Nəriman Nərimanovun Atatürkə yazdığı məktubda qeyd etdiyi kimi: "Paşam, qardaş qardaşa borc verməz, əl tutar". Həmin dövrdəki yardımla İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana dəstəyi tamam fərqli şeylərdir. Azərbaycan Türkiyənin verdiyi silahların qiymətindən qat-qat daha çoxunu Türkiyəyə verdi. Azərbaycan nefti və təbii qazının Avropaya nəqli məsələsində Türkiyənin şərtlərinə baxanda heç də qardaş dövlət olduğumuzu demək olmur. Eləcə də Qarabağın yenidənqurulmasında iştirak edən türk şirkətlərinin (Cengiz və Kolin kimi) payına baxdıqda görürük ki, bütün bu qardaşlıq hekayələri investisiya və maddi maraq üzərində qurulub. Bir sözlə, sosialistlərin maddi maraq güdmədiyi qardaşlıqdan sərmayədarların istismar etdiyi saxta qardaşlığa çevrilmə baş verib.
@HalduNovruzzade Bu baş verən birinci hadisə deyil təəssuf ki. Bizim evləri də beləcə elədilər. Dövlət orqanları ilə əlbirdilər, heç kim yaxın durmaq nədir qulaq da asmır
Gizir Mübariz İbrahimovun Çaylı kəndində tək başına həyata keçirdiyi əməliyyatdan 14 il keçir. Atışma zamanı Mübariz İbrahimov kiçik serjant Mnatsakan Qasparyanı, əsgərlər Arayik Barseqyan, Eduard Manukyan və Paruyr Melkonyanı öldürür, kiçik serjant Qarik Matevosyanı, əsgərlər Qalust Badasyan, Andranik Arzumanyan və Harutyun Mesropyanı yaralayır. Sonuncunun gülləsi ilə Mübariz həlak olur. Onun haqqında 45, bəzən 100-dən çox erməni əsgərini öldürməsi barədə iddiaların heç bir əsası yoxdur. Hətta bu konspirasiyaya Putini belə qatanlar olub. Mübariz girdiyi post döyüşündə həlak olub. Hərbi xidmətdə olanlar postda maksimum neçə əsgər ola biləcəyini yaxşı bilir.
Çoxdandı belə boş avtobusla ağır tıxacda qalmamışdım. Tələsmirəm deyə narazılığım da yoxdur. Telefonda nə qədər qulaq asmadığım mahnılar mı deyim, wp gətirdiyi şəkillər mi deyim yoxsa oyun, app nə vardısa sildim
Öz dilində keyfiyyətli nağıl çıxarmayanda, mutfilm çəkməyəndə belə olacaq daa. Nədənsə bunun belə yayılmağı heçkimdə narahatlıq doğurmur - nə kitab evlərində, nə tahsil işçilərində, nə də bu kitabları alıb övladına oxudanlar da. Bu heç də " biz də türkük dəə " məsələsi deyil