Zəfər müjdələrindən ruhlanan, Şuşamızın azad olunmasının sevincini, həyəcanını yaşayan yaradıcı əlilliyi olan şəxslərimizin ifasında dövlət himnimiz ölkəmizdə möhtəşəm Qələbə ruhunun hokm sürdüyü bu tarixi günlərə onların bir töhfəsidir.
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!