Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və tütünə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində “İnsan hüquqları aylığı çərçivəsində”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması” və “Məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir
https://t.co/q6fW3J5fO8
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamının icrasına dəstək olaraq Ucar rayonunda çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı çəltik istehsalçılarının nümayəndələri tərəfindən çəltik istehsalçıları birliyinin təsis yığıncağı keçirilmişdir.
Ucar rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi keçirilmişdir.
https://t.co/gJwStsBj4W
Ucar rayon Alpı kənd tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Ucar rayon Boyat kənd tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər evi Sosial Xidmət Müəssisəsində 25 may 2026-cı il tarixdə “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir.
https://t.co/I7700tDurC