Gecənin yarısı niyə yuxum gəlmir deyə düşünərkən, günorta saat 2-3 arası başım boyda fincanda içdiyim kofeni xatırladım. Günün ikinci kofesi.
“Qəhvə” sözünü xoşlamıram, çox ərəbcə səslənir.
Eynən… Bir müddət bu vərdişimi itirmişdim və yenidən oxumaqdan zövq almağa başlamışam.
Elə gözəl kitablar var ki, hər şeyi kənara qoyub oxumaq, öyrənmək istəyirəm,
Maraqlı, eyni zamanda çətin kitabdır.
Uşaqlığımızdan bu yana psixoloji oynadığımız oyunları izah edir, onlar necə yaranır və bu oyunları necə pozmaq olar.
İngilis dilində çoxlu yeni terminlərlə qarşılaşırsan, bəzi hissələrdə izahı mürəkkəb verilib deyə düşünürəm.
Axır ki, 3 ildən sonra toyda oldum, amma tamamilə fərqli mədəniyyət, fərqli insanlar.
Çox gözəl təcrübə idi, İngiltərədə yerli insanların toyunda iştirak etmək <3
Yaşadığım şəhərdə bayquş saxlanılan yer tapmışam, çox yaxın müddətdə gedəcəm.
Düşünəndə həyəcanlanıram, illər sonra realda bayquş görəcəm, ağlaya da bilərəm sevincdən :D
Necə sevirəm onları axı!