30 il əvvəl XX əsrin ən dəhşətli faciələrindən biri-Xocalı soyqırımı törədilib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıda dinc sakinləri amansızcasına qətlə yetiriblər. Soyqırım qurbanlarını dərin hüznlə anır, ruhları qarşısında baş əyirik!
#Xocalı30
Khojaly genocide, one of the most terrible tragedies of the 20th century, was committed 30 years ago. On the night of February 25-26, Armenian troops brutally killed civilians in Khojaly. We commemorate the genocide victims and pay tribute to them!
#JusticeForKhojaly
Bu gün #vergi xidməti işçilərinin peşə bayramıdır. #Azərbaycan iqtisadiyyatının inkişafında, dövlət büdcəsi gəlirlərinin formalaşmasında mühüm rolu olan vergi xidməti əməkdaşlarını təbrik edir, peşə fəaliyyətlərində daima uğurlar arzulayırıq.
@vergiler
#Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovla görüşdük. Ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışdıq, #gömrük orqanları arasında səmərəli və işgüzar əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr apardıq.
@bel_embassy_az
#İqtisadi və #milli təhlükəsizliyimizin sadiq keşikçiləri, əziz gömrükçülər! #Gömrük orqanlarının yaradılmasının 30 illik yubileyi və peşə bayramı münasibətilə hər birinizi təbrik edir, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
#AzərbaycanGömrüyü30
Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan onlayn formatda Kollegiya iclası keçirilib.
https://t.co/G5Crob6QSb
30 yanvar-#gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə bütün şəxsi heyəti təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram!
#AzərbaycanGömrüyü
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif olunublar.
Onların arasında Dövlət Gömrük Komitəsinin əməkdaşları da var.
https://t.co/duFAAiQrI0
Bu günə olan məlumata görə, #gömrük orqanları tərəfindən 3 milyard 830 milyon manat illik #büdcə proqnozuna qarşı 3 milyard 887 milyon manat gömrük rüsumlarının və vergilərin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub, bununla da proqnoza 101,5 faiz əməl edilib.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!