KOB evləri sahibkarların gündəlik fəaliyyətini asanlaşdırmaqda davam edir. 2026-cı ilin I yarısında sahibkarlar #KOB evlərinə daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Regionlarda #KOB-ların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması istiqamətində görüşlərimiz davam edir.
📍Kürdəmir rayonunda sahibkarlarla görüşərək #biznes imkanları barədə fikir mübadiləsi apardıq, təklif və ehtiyaclarını dinlədik, suallarını cavablandırdıq.
Mikro, kiçik və orta bizneslər regionların iqtisadi fəallığına töhfə verməkdə davam edir.📍Kürdəmirə səfərimiz çərçivəsində 'Finco' MMC-nin nar bağında olduq. Sahibkarla yerli istehsalın genişləndirilməsi və inkişaf planlarını müzakirə etdik.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına #ŞuşaKOBEvi də dəstək olur.2026-cı ilin ilk beş ayında 'Şuşa KOB evi'ndə sahibkarlara 560-a yaxın #xidmət göstərilib.Qarabağda #biznes qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar KOB evinin xidmətlərindən yararlana bilər.
BU GÜN QÜRUR GÜNÜMÜZDÜR! 🇦🇿🏆
#ÖzUşaqlarımız Avropa çempionudur!!! Finalda Ukraynanı 2:0 yenərək tarix yazdı!Bu zəfərin arxasında zəhmət,böyük inam,iradə və Azərbaycan ruhu dayanır!Bu qələbə hər bir azarkeşimizin qələbəsidir.Avropa çempionu olan yalnız millimiz deyil–bütün Azərbaycandır!Bu möhtəşəm uğurda əməyi olan futbolçularımızı,məşqçilərimizi,federasiyamızı,sponsorlarımızı,azarkeşlərimizi və millimizlə olan hamını ürəkdən təbrik edirəm!🇦🇿❤️
Met with Mr. Peter Mihók, President of the 🇸🇰Slovak Chamber of Commerce and Industry. The meeting was a good opportunity to share experience on supporting #businesses, encouraging closer cooperation between our #SMEs and startups, and exploring new areas for joint initiatives.
🌾Aqrar və qida sektoru #KOB-ların fəal olduğu sahələrdəndir. #KOBİA biznesin sərgilərdə iştirakını daim dəstəkləyir. Bu il də #CaspianAgroWeek və #InterFoodAzerbaijan sərgilərində 9 KOB-un məhsullarının tanıdılmasına dəstək olduq. Ziyarətçilər stendimizə böyük maraq göstərir.
Müasir bizneslərdə rəqabət həm də insan kapitalının düzgün idarəsi ilə müəyyən olunur. Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı konfransda psixososial risklərin artıq iqtisadi risk kimi çıxış etdiyini və effektiv idarəsinin məhsuldarlıq və innovasiyaya təsirindən danışdım.
📍Qəbələnin Zarağan kəndində 'Tofiqoğlu arıçılıq'🍯🐝 təsərrüfatı ilə tanış olduq, yerli istehsalın gücünü və potensialını yaxından gördük. Təbiətin imkanları və sahibkarın əməyi keyfiyyətli məhsula çevrilir. Sahibkarla sahənin inkişaf imkanları barədə fikir mübadiləsi apardıq.
Yerli təşəbbüslər gücləndikcə, regionlar daha sürətlə inkişaf edir. Bu gün
📍İsmayıllıda sahibkarlarla görüşərək #biznes ideyalarını və inkişaf təkliflərini dinlədik, dövlətin dəstək alətləri barədə məlumat verdik. Bizneslə dialoq yeni imkanların formalaşmasına xidmət edir.
Sahibkarlar rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalına maraq göstərirlər. 'PolyFlex' MMC-nin Əmircan qəsəbəsindəki zavodunda olduq.Müəssisə müasir texnologiyalarla bambuk divar panelləri istehsal edir. Sahibkarla gələcək planları və ixrac imkanlarını müzakirə etdik.
Kiçik sahibkarlar regionlarda yerli istehsalın inkişafına töhfə verirlər.
📍Oğuz rayonuna səfərimiz zamanı Padar kəndində 'Oğuz Panel' MMC-yə məxsus mebel istehsalı müəssisəsində olduq. Sahibkarla biznesin böyüməsi üçün dövlət dəstəyi alətlərinə dair fikir mübadiləsi apardıq.
💫İnnovativ sahibkarlığa dəstək davam edir! Cari ilin I rübündə #KOBİA tərəfindən sahibkarlara 16 #StartapŞəhadətnaməsi verilib. E-ticarət, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, turizm xidmətləri kimi sahələri əhatə edən layihələr vergi güzəştlərindən yararlanacaq.
Bu gün @CicaSecretariat-ın Baş katibi, səfir @KairatSarybay və heyəti ilə görüşdük. Azərbaycanın 2024–2026-cı illərdə #AQEM-ə sədrliyi dövründə #KOBİA-nın rəhbərlik etdiyi Biznes Şurada əməkdaşlığımızı, #biznes gündəliyini və qarşıdakı tədbirləri müzakirə etdik.
Əvvəli rəhmət, ortası bağışlanma, sonu nicat olan mübarək Ramazan ayı başa çatdı. #RamazanBayramı münasibətilə təbrik edirəm! Allah dualarınızı və orucunuzu qəbul etsin, süfrələriniz bərəkətli olsun. Paylaşma və xeyirxahlıq ayı olan növbəti Ramazana qovuşmağı Allah nəsib etsin!🤲
📍Yevlaxda gön-dəri emalı müəssisəsində olduq. Sahibkarla müvafiq sahənin inkişafı, təchizat və satış imkanları, eləcə də biznesin inkişafı üçün dövlətin dəstək alətlərindən istifadə barədə fikir mübadiləsi apardıq.
Sahibkarlarla növbəti görüşümüz
📍Yevlaxda baş tutdu. #KOBİA-nın təşkilatçılığı ilə keçirilən görüşdə regionda #biznes imkanları və potensialın reallaşdırılması üçün sahibkarların ehtiyaclarını müzakirə etdik.Fikir mübadiləsi və təkliflər üçün sahibkarlara təşəkkür edirik.
Sayca 5-ci #KOBEvi-ni📍Gəncə şəhərində sahibkarların istifadəsinə verdik. #GəncəKOBEvi-ndə 15 dövlət və özəl qurum sahibkarlara 80-dən çox #xidmət göstərəcək. KOB evi bölgədə biznesin dövlət xidmətlərinə çıxışını daha da asanlaşdıracaq və sahibkarlığın inkişafını dəstəkləyəcək.
📍Gəncə şəhərinə səfərimizə 'Sofi Restoran'ını 𓌉◯𓇋 ziyarət ilə başladıq. #KOB-ların məşğulluğa və bölgənin inkişafına töhfəsi diqqətəlayiqdir. #Xidmət məkanı ilə tanış olduq, sahibkarla biznesin inkişaf perspektivlərini müzakirə etdik.