İndi sənlə ayrılıq adlı sınıq bir körpüdən bir birinə baxan iki kor kimiyik. Addım atmaq istədikdə ayağımız bir məzara ilişir. Baş daşını oxudum, ümid, güvən və xəyallar yazılıb..
Sənlə ayrılanda öldüm, yox oldum sanki. Sən.. Sən mənimçün ağlayanda göz yaşların olub həyata döndüm. Yanağından axarkən təbəssümün sönmüş ruhuma can verdi. Sayəndə ölümdən sonrakı həyata da inandım. Bəlkə də sən tanrısan. Canımı alıb sonra geri verirsən..