Azərbaycan malların daşınması üçün bütün yolları bağlamışdı, bankımız bağlanmışdı. Lakin biz zəng etdik, danışdıq. 2 saat çəkmədi ki, dərhal həm yollar, həm bankımız, həm də səfirlik açıldı.
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində obyekt yanır
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Mənbə: Baku ws
Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb
● DİN-nin məlumatına görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.
40 minə yaxın mərakeşli miqrant İspaniyanın Seuta şəhərinə soxulub.
Məlumata görə, rezin qayıqlar vasitəsilə sahilə çıxan mərakeşli miqrantlar quru maneələrini yararaq, şəhərə daxil olublar.
Göyçayda ağacların gövdəsinə sirkə turşusu tökülərək qurudulmasına cəhd edilməsi ilə bağlı yayılan video ictimai narazılıq yaradıb.
DİN bildirib ki, əməli törədən şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə protokol tərtib edilib.
Marşrut avtobusu yük avtomobilinə çırpıldı
107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.
Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Dünən Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.Zəlzələnin episentri Kumamoto rayonunda, təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilib.
1951-ci ildə istismara verilən Neft Daşları dünyanın ilk dəniz neft platforması və açıq dənizdə salınmış ilk sənaye şəhəri hesab olunur. Xəzər dənizinin ortasında yerləşən bu unikal kompleksdə yaşayış binaları, yollar, istehsalat sahələri və digər infrastruktur yaradılıb.
Ukrayna ordusu Moskva vilayətinə kütləvi dron hücumu həyata keçirib.
Çexov şəhərində yerləşən "Hidrostalkonstruksiya" zavodunun və "Wildberries" anbarının vurulduğu bildirilir. başlıq çıxart
Tour de France yarışının son mərhələsində velosipedçilərdən biri qəza nəticəsində yıxılıb. İlk anda onun yarışı davam etdirə bilməyəcəyi düşünülsə də, idmançı dərhal ayağa qalxaraq velosipedini təmir etməyə çalışıb.
Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.