INTERACT TV birinci mövsümü başa vurduq. İzlədiyiniz epizodlar arasında sizin üçün ən yadda qalan hansı oldu?
Yox, hələ də izləməmisinizsə, bayram günləri milli kinonun mütəxəssislərini izləməyin tam vaxtıdır.
🔎 https://t.co/N3K4UPGGaa
#debutfilms#interacttv
Hər bir "action" janrındakı filmdə səhnədə görünməyən, amma səhnəni yaradan bir şəxs olur. Döyüş xoreoqrafı. Murad Abdullayev və Sain Fərhad Fərmanlı bizə vizual formada döyüş xoreoqrafının nələr etdiyini izah elədi. INTERACTS2E15 - Döyüş xoreoqrafı.
🔎 https://t.co/uHZGCc8pAT
Cavid Malikli, Murad Şükürlü və İlkin Həmid Elçin Musaoğlunun "Məryəm" filmində həm çalışıb həm də təcrübə əldə etdilər. Gənclərimizə gələcək karyeralarında da uğurlar arzulayırıq.
#debutfilms#internact
Vəfa Fətullayeva və Ülviyyə Məmmədova Vaqif Mustafayevin "Fəryad 2 - Həyat deyəsən gözəldir" filmində həm çalışıb həm də təcrübə əldə etdilər. Gənclərimizə gələcək karyeralarında da uğurlar arzulayırıq.
#debutfilms#internact
Elmir Quliyev, Həsrət Ramazanov və Müşfiq Mirzə Emil Quliyev ilə "Əqrəb mövsümü" teleserialının və yaxın zamanda kinoteatrlarda nümayiş olunacaq "Həmrəylik günü" bədii filminin çəkilişlərində təcrübə əldə etdilər. Gənclərimizə gələcək karyeralarında da uğurlar arzulayırıq.
Səhnəni necə bəzəmək olar, bildik, kadrı işıqla necə bəzəmək olar, onu da öyrəndik. Sırada rol ifaçılarını bəzəmək qalıb. Adilə Fərruxova makiyajın kinodakı rolu haqqında danışdı. INTERACT S2E13 - Makeup. Xoş seyirlər!
🔎 https://t.co/4IuE3S4NID
#debutfilms#interacttv#makeup
Ölkəmizdə kino sektorunda işıq üzrə hamının tanıdığı bir mütəxəssis var: Samsor Manqal. Samsor bizə kinoya işıq necə gəlib, necə istifadə etmək lazımdır hamısını danışdı.
INTERACT TV S2E12 Gaffer sənətinə həsr edildi. İşıqları söndürün, motor!
🔎 https://t.co/lTKCT2G4Gu
Tərk edilmiş məkana baxdıqda nə görürsünüz? Boş divarlar, vahiməli görüntü və s. Quruluşçu rəssam isə orada fürsət görür. 0-dan yarada biləcəyi səhnəni, istifadə edəcəyi rəngləri. Səbuhi Atababayevlə quruluşçu rəssam işi haqqında maraqlı söhbətimiz oldu👇🏻
https://t.co/31K0udNn7w
"INTERACT ONLINE" II mövsümü sona çatdı. Ssenari mövzusuna həsr edilmiş bu sezonda Oskar, Kann, Bafta, Emmi mükafatlı dünyaca məşhur rejissor və ssenaristlər öz təcrübələrini və məsləhətlərini sizinlə bölüşdü. İştirak edən hər kəsə təşəkkür edirik.
#interactonline#debutfilms
"BAFTA" və "EMMI" mükafatlı rejissor və ssenarist Henri Hyuzun master klassına son 1 saat!
Bugün 20:00-da keçiriləcək onlayn master klass üçün link:
🔎https://t.co/CUIjzASs9j
#debutfilms#interactonline
"INTERACT Online" II sezonunun III master klassını elan etməkdən çox xoşbəxtik. Qonaq "BAFTA" və "EMMI" mükafatlı rejissor və ssenarist Henri Hyuzdur.
🔎https://t.co/CUIjzASs9j
Həm memar, həm mühəndis, həm rəssam, həm də dizayner olmaq bir az çətindir. Əvəzində uğurlu bir VFX artist ola bilərsiniz. Az-çox hədəfinizə çatmış olacaqsınız. Rafiq Hacıyev bu hədəfə çatıb. Biz də ona suallar verib uğurunun sirrini öyrənmək istədik.
🔎https://t.co/4Yuq4IvXTd
"Debüt" studiyasının müştərək istehsalı olan Rüfət Həsənovun "Daxildəki Ada" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında Azərbaycan filmi olaraq 94-cü Oskar mükafatlarına qəbul edilib. Bu uğur münasibətilə Rüfət Həsənovu və filmdə əməyi olan hər kəsi təbrik edirik.
Filmləri real həyatın güzgüsü hesab etmək olar. Güzgü qarşısında isə hamı geyiminə diqqət yetirir. Geyim rəssamlığı kinodan daha qədim bir peşə olsa da, eyni zamanda ən aktual peşə olmağı bacara bilib. Necə? Vüsal Rəhim bu sualı cavablayacaq.
https://t.co/nyVflS79za
Montaj sənətinin incəliklərini Rüfət Həsənov sizlər üçün izah etdi. INTERACT TV S2E8 montaj sənətinə həsr edilib. Xoş izləmələr!
🔎https://t.co/bUzO0hS5Jz
#debutfilms#interacttv#editing
Diqqət! Seansın başlamasına çox az qaldı. Zəhmət olmasa, kinoteatr həsrətinizi bir kənara qoyun və zalda yerlərinizi alın.
"Debüt" studiyasının istehsalı olan Rüfət Həsənovun "Daxildəki Ada" filmi 28 oktyabrdan etibarən "Park Cinema"nın bütün kinoteatrlarında nümayiş ediləcək.
Çoxumuz filmin afişasına baxdıqda ilk öncə oradakı aktyor heyətinə nəzər yetiririk. Filmdə oynayacaq aktyorların seçilməsi isə ayrıca bir sənətdir. Kastinq nədir? Filmə aktyor seçimi necə baş verir? INTERACT TV S2E7-ni mütləq izləyin.
https://t.co/MaTo5A0k0Y
#debutfilms
Gənc və müasir Azərbaycan kinosu adına bir uğur daha!
"Debüt" film studiyasını təmsil edən gənc kinorejissorlarımız Murad Hüseynov və Səddam Mehdiyev “5 Gündə Film” müsabiqəsi çərçivəsində “Maarifləndirmə və İnkişaf naminə” nominasiyasında qalib gəldilər.
#debutfilms
Debütdə reklam fasiləsi!
Artıq reklam, klip və digər kommersiya çəkilişlər ilə bağlı Debüt studiyasına müraciət edə bilərsiniz.
#debutfilms#commercial#musicvideo