Sizi 10.08.2023 tarixində saat 19.00-da BAİ və İştirak Evinin birlikdə təşkil etdiyi "Tərcümə maarifçiliyi nədir, nəyə lazımdır? Bilik monopoliyasına qarşı alternativlər" mövzusunda müzakirəyə və kitab təqdimatına dəvət edirik. Ətraflı məlumat: https://t.co/riJZbkWO6I
Egalite komandası sizi 17 iyun 17:00-da yeni nəşr olunmuş, Eric Hobsbawm-un “1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq” kitabının təqdimatına dəvət edir.
Egalite komandası sizi 17 iyun 17:00-da yeni nəşr olunmuş, Eric Hobsbawm-un “1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq” kitabının təqdimatına dəvət edir.
Təqdimatda bu kitabın əhəmiyyətindən, dünyada və bölgəmizdə yüksələn milliyyətçiliyi anlamağımıza necə kömək edə biləcəyindən, sosial elmlər sahəsindəki kitabların Azərbaycan dilinə tərcümə təcrübəsindən danışılacaq.
Ünvan: İştirak evi, Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 140
Dövrümüz ən əhəmiyyətli tarixçilərindən marksist Erik Hobsbaumun bu gün doğum günüdür. Onun kitabını ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməkdən və doğma oxucumuza təqdim etməkdən qürur hissi duyuruq. Gəlin onun qısa bioqrafiyası ilə tanış olaq!
Yeni kitabımızı 5-ci Milli Kitab Sərgisində aşağıdakı stendlərdən əldə edə bilərsiniz:
- Logos nəşriyyatı
- https://t.co/dM5AC7NboG
- Karamazov kitab evi
- Popillon kitab evi
Ünvan: İçərişəhər, Qoşa Qala meydanı
“Egalite” nəşriyyatı olaraq uzun müddətdir üzərində işlədiyimiz yeni kitabımızın artıq çapdan çıxdığı xəbərini paylaşmaqdan böyük sevinc hissi duyuruq!
Modern tarixçiliyin ən əhəmiyyətli simalarından biri olan Erik Hobsbaumun millətşünaslığın klassikalarından birinə çevrilmiş “1780-ci ildən bəri Millətlər və Milliyətçilik - Program, Mif, Reallıq” əsərini ilk dəfə Azərbaycan dilində, orijinaldan tərcümə şəklində təqdim edirik.
"99 % üçün feminizm manifest" kitabının təqdimatı olub. Kitabda gender problemləri və bununla bağlı isitismarları dilə gətirənlərlə birləşən feminizm hərəkatının vacibliyi vurğulanıb. Bu, @egalite_nesr nəşriyyatının sayca ikinci kitabıdır.
https://t.co/Ayj4CsvfJy