insan münasibətlərini heç vaxt eyni sürətlə və ritmlə davam etdirmək olmur. bir ortamda və ya münasibətdə tükənilibsə, araya məsafə qoyub yavaşlayaraq yenilənmək, sonra davam etmək/etməmək daha yaxşıdır
nə qədər savadlı, ağıllı və yaxşı olmasından asılı olmayaraq sosial mediyada və ya real həyatda olduğundan daha böyük, daha uğurlu görünməyə çalışdığını sezdiyimiz adam bizim gözümüzdə öz həqiqətiylə qalxa biləcəyi yeri də itirir və daha da aşağı düşür.
intellektual oyunda zoom görüşlərində beldən yuxarı rəsmi, aşağı qeyri-rəsmi geyinənləri ramiz əskərin bir şeirində ‘yosun saçlım’ dediyi kimə bənzədirdilər deyə bir sual var idi. o qədər yorğun idik ki, versiyalardan biri spongebob idi və biz ciddi-ciddi bunu müzakirə etdik…
qonşudan geri qalma məntiqi. ucuz tur paketləri, pulsuz mübadilə proqramları. hamı gedib qoy mən də gedim görüm kimi. buna görə indiki səyahətlər daha az insanın daxili aləminə təsir edib mənəvi təcrübəyə çevrilir. çünki məsələ görmək deyil, göstərməkdi. anlamaq deyil, anlatmaqdı
düzdü, amma balaca bir nüans var. indi səyahətə bu qədər rahat çatmaq səyahət edənin mindsetini də dəyişdirib əslində. əvvəl dünyanı gəzənlərin ətrafına daha çox marağı var idi. çünki bu səyahətlərin əsasında bir məqsəd, fikir, ideya olurdu. indi daha çox məcburi kimi gəlir.
“Bir Müslüman seyahat etme becerisini ne kadar küçük yaşta edinirse, onun için o kadar iyi. Seyahat insanın şahsiyetini olgunlaştırıyor, bilgisini artırıyor, ufkunu açıyor, önyargı ve taassuplarını yok ediyor.”
Qaxda axşama yaxın yağış yağacağını dedilər. telə baxdım, havanı biraz buludlu göstərirdi. dedim yəqin biraz çiskinləyib düzələr, mən biraz gəzim. gəzməz olaydım. dolu ilə leysan yağış başladı. şimşək də bir tərəfdən çaxır. kənd kurtlar vadisinin introsuna döndü