Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. 2016-cı ilin aprelində rəşadətli Ordumuzun göstərdiyi şücaət xalqımızın Qələbə inamını alovlandırdı.
Bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandanımız və qəhrəman əsgərlərimizlə fəxr edir, müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə BDU-nun xanım əməkdaşları və tələbələri başda olmaqla, bütün xanımları səmimi qəlbdən təbrik edirəm!
Cəmiyyətimizin inkişafında böyük rol oynayan xanımlarımıza sağlamlıq, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
Uğura aparan yol inamdan və zəhmətdən başlayır.
Sabah magistraturaya qəbul imtahanı verəcək tələbələrimizə uğurlar arzulayıram. Özünüzə inanın zəhmətinizin bəhrəsini görəcəksiniz.
Uğur nəsibiniz olsun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin edilmiş Rəşad Sahil oğlu İsmayılov Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Məzunlarımızla fəxr edirik!
#BakuStateUniversity#Məzun
2 Fevral – Azərbaycan Gəncləri Günü Ulu Öndər Heydər Əliyevin gənclərə inamının ifadəsidir. İlk Gənclər Forumundan 30 il keçir.
Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayramınız mübarək, əziz gənclər!
Yeni tədris ilinin başlanması münasibətilə başda BDU tələbələri olmaqla bütün şagird və tələbələri, müəllim və valideynləri təbrik edirəm.
Bilik gününüz mübarək!