Uşaq vaxtı işıqlar sönəndə evin hansı tərəfində olsa, bir nəfər deyərdi: “Qorxmayın, buradayam.” İndi isə işıqlar yox, insanlar yoxa çıxır. Elə buna görə də o bir cümlənin dəyərini böyüyəndə daha yaxşı anlayırıq.
Yusifi quyuya atanlar yad insanlar deyildi, öz qardaşları idi. Demək istədiyim budur ki, insana həsəd aparan da, onun yıxılmasını gözləyən də çox vaxt elə öz içindən, ən yaxın çevrəsindən çıxır.
Qətiyyən heç vaxt unutmayacağım insanlar var.
Yəni çox çətin günlər keçirərkən mənə daha da ağır anlar yaşadan insanları heç vaxt unutmayacağam.
Qətiyyən.
İndiyə qədər nədən şübhələnib, kimin davranışından nə hiss etmişəmsə, bir dəfə belə yanılmadım. Mən beynimdə
qurmuram, özümü axmaqlığa vurub məsələni məhv edirəm.
Bəzi insanlar sizinlə münasibətləri pozulanda, özlərini dəyərli hiss etmək üçün dostlarınızdan bəziləri ilə yaxşı münasibətlər qurmağa çalışırlar ki, sizi ‘problemlı’ və ‘yalnız qalan tərəf’ kimi hiss etdirsinlər. Dünyada nə qədər çox ruhən xəstə insan var