Beynimdə bir məsələni sağa-sola çevirib həll edə bilməməkdən elə zəhləm gedir. Elə bilirəm, hansısa yarışda vacib mərhələni keçə bilmirəm. Başqa heç nə düşünə və edə bilmirəm
Texnologiyanın inkişaf etdiyi bir dövrdə birindən uzaq qalmaq nə qədər absurd görünsə də, məni hər dəfə kədərə sürükləyən tək şey budur. Öz yolunda getmək üçün daha əvvəl getdiyin bütün gözəl yollardan vaz keçmək..
Son iki gündür, çox qəşəng şeylər baş verir. Amma hər sevinmək istəyəndə özümə deyirəm, sakit ol, sonda sevinərsən :d 25 və 26 iyun artıq mənim üçün uğurlu gündür!