A recap of what the ADS-B data from Azerbaijan Airlines flight #J28243 tells about the flight path and what partial data sent after the aircraft was subject to GPS interference allows us to infer about its probable path across the Caspian Sea.
Dünən yazdığım İkinci Qarabağ Müharibəsi iştirakçısı Sərxan Bünyadova Suraxanı rayon 33’cü Polis bölməsindən bildiriblər ki, bugun qarşı tərəfi, “FİN” mtk’nın rəhbərliyini bölməyə çağırıblar. Eyni zamanda Yeni Günəşlinin deputatı Qaya Məmmədov da Sərxanla danışıb və köməkçisi gəlib əraziyə baxış keçirib, deputat deyib ki, məsələni Milli Məclisə daşıyacaq.
Mən bir şeyi başa düşmürəm adi vətəndaş daşı daşın üstünə qoyanda bütün rayon tökülür ora, indi vətəndaşıb qanuni qarajı, çörək yeri sökülür, Məşğulluğun verdiyi dövlət əmlakı qırıq qırıq edilir amma 2 gündü MTK rəhbərliyini dövlət qurumları tuta bilmir. Sonra da deyirlər Qazilər özünü yandırır, Qazilər özbaşınalıq edir. Fakt bu adam əlindəki imkanlarla öz çörək pulunu qazanırdı da, dövlətin verdiyi torpaqda sənədlə qarajını tikib maşın təmir edirdi. Bu MTK rəhbəri kimdi ki, Dövlətlə Vətəndaşı qarşı qarşıya qoyur?!
Yeni Günəşlidə dəhşət bir özbaşınalıq olub.
Dostumuz, Sərxan Bünyadov var İkinci Qarabağ Müharibəsi iştirakçısıdı. Özü də maşın elektrikidi. Müharibədən əvvəl balaca qaraj kirayə götürüb orda Elektrik işləyirdi. Müharibəyə getdi gəldi, Suraxanı rayon eks İcra Başçısı Qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Müraciət etdi Dövlət Məşğulluq idarəsinə, sağolsunlar Elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı, gəlib içi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyib ki, çıxın burdan, buranı almışam halbuki o insanların əllərində sənədlər var. Bunlar etiraz edib. Səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə Qarajını Buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq qırıq olub, qalıb dağıntıların altında. Dərhal 102 xidmətinə zəng edib, Daxili işlər Nazirliyinə məlumat verib deyiblər araşdıracağıq, hələ də xəbər yoxdu. Suraxanı rayon İcra Hakimiyyətinə bildirib onlar da Bələdiyəyə yönəldiblər Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox Televiziya kanalları gəlib çəkib amma bina tikənlər görəndəki televiziya gəlir qaçırlar.
Bu adam maşennik qazi deyil, kimdənsə havayı pul istəyən qazi deyil sadəcə öz əməyi ilə öz işini quran, gecə gündüz çalışan bir adamdı belə bir adama qarşı bu münasibət sadəcə adamı təəssüfləndirir. O binatikən Məkan mtk dərhal adını dəyişib Fin mtk qoyub. Bu adamlar 8 noyabr zəfər bayramında küçələrdə bayraq yelləyənlərdi hansı ki, indi Müharibə iştirakçısının öz halal yerini belə dağıdıblar. Bu arada o qırılan avadanlıqlar Məşğulluq verdiyi üçün dövlət əmlakı sayılır.
Bu özbaşınalığa görə mütləq həmin insanlar cavab verməlidirlər. Jurnalistlərdən xahiş edirəm bu məsələni işıqlandırsın.
ANS keçmiş jurnalisti Qənirə Ataşova 50’yə yaxın saxta Plastik Cərrahın adını paylaşıb. Kimləri ki, Səhiyyə Nazirliyinə 30.000 azn rüşvət verib bir gecə ixtisas dəyişiblər hamısını ifşa edib. Sənədlərdə imza isə Səhiyyə Nazirliyi Elm və Təhsil şöbəsinon müdiri Səidə Rüstəmova və Nazir müavini İlqar Qasımova aiddir. Təsəvvür edin aralarında bioloq, stomotoloq, ABU’nu yarımcıq qoyan adamlar var ki, 1 gecədə Sertifikasiya imtahanı verərək Plastik Cərrah olublar. Dəhşətdi, çox güman bu məsələdə də həbs olan olmayacaq, belə belə davam edəcək.
(Adlar şərhdə)
Yəqin deyəcəklər ki, şəhərin küçələrinin kanalizasiya sistemi qaydasındadır,Bakı Şəhər İcra Hakimiyyəti nə edə bilərki? Allahın lütfüdür, aylıq normadan artıq yağış qismət edib