Dostlar mən belə şeylər eliyən deyiləm, amma bunu yazmaqda məqsədim maarifləndirməkdir ki, başqa heçkim yalançı mağdurun qurbanı olmasın, tələyə düşməsin. Söhbət hamınızın əslində yaxından tanıdığı, amma tanımadığı @RuslandeSoul dan gedir. 2020'ci ildə Avqust ayı idi mənə yazdı ki, (heç bir səmimiyyətim olmamasına baxmayaraq) bəs abi Türkiyədəyəm ev sahibi evdən qovur məni, kirayəni ödəyəbilmirəm pulum var, amma Kanada bankındadı blocka düşüb çıxarabilmirəm. Mən də üzü yumşaq adamam dedim ok kömək edim. Qayıtdı ki, imkan varsa $1,000 elə yeməyimə də pulum olsun, bir aya qaytaracam. Dedim ok :) O pulu bir il fırlatdı, min dənə fərqli bəhanə ilə, atam pensiyasın alsın göndərəcəm zad, inanılmaz bəhanələr ilə. Axırı bir il sonra min bəla ilə göndərdi pulu. Bu yaxınlarda da yenə yazdı mənə ki, bəs abi anam xəstəxanadadı əməliyyatda pul göndərməliyəm təcili, mən sənə göndərim sən WU ilə Bakıya göndər. Həqiqətən göndərdi mən də göndərdim. Sabahı gün yenə dedi eliyək bəs mən göndərim sənə $500, çox təcilidi sən göndər mən sənə göndərirəm, mən də dedim bu qədər kömək eləmişəm əl tutmuşam yəqin yalan danışmaz anasın qatmaz işin içinə, amma bu belə bir yalançı imiş. Sonra yenə bəhanələr bəs pulu göndərirəm block olur zad, sonra da yoxa çıxdı. Nə nömrəsi var nə də başqa bir şeyi. Məlum oldu ki, mən tək qurban deyilmişəm. Hamıdan fərqli bəhanələrlə burdan pul alıb qaytarmayıb. Kiməsə deyirmiş atam əməliyyat olub, kiməsə deyirmiş anam əməliyyat olub, kiməsə deyirmiş uşağımın məktəbinin pulunu ödəməliyəm və s. Yəni bu adam yalandan pul qopartmaq üçün bütün ailə üzvlərini ortaq edib bu söhbətlərə. Xatırladım ki, ailəsinin maddi imkanı normaldır, bunun puluna ehtiyacları yoxdur, atası hamınızın tanıdığı çox məhşur bir insandır, amma oğul fərasətsiz olanda belə mənzərə ortaya çıxır. Bu dələduzdan uzaq durun, kim onu dost hesab edirdisə artıq bilirsiz reallığı. Bu adamın bütün üzü buymuş. Kiminsə bunla şəxsi əlaqəsi varsa əlaqə vasitsəni çatdırın kimlər ki, bu məsələdən zərər çəkiblər əlaqə yaratmağa çalışsınlar. Məlum məsələdir ki, telefonlara cavab verməyəcək. Facebook, twitter, instagtam hamısında aktivdir, amma heç birinə cavab vermir. Bu maşenniklə bağlı kiminsə başqa təcrübəsi varsa paylaşabilərsiniz qoy hamı bilsin. Bu adam sizdən də pul istəyib verməmisinizsə, gedib şükür edəbilərsiniz. Yazacaqlarım bu qədər Ruslan, bilirəm bunu oxuyursan, sənə etdiyim bu qədər yaxşılığa baxmayaraq bu tərbiyəsizliyi elədin və mənə başqa çıxış yolu buraxmadın. Qoy hamı sənin kim olduğunu bilsin.