Drag Queen Lady Slim onun haqqında çəkilən filmin və nümayişdən sonra özünün iştirakı ilə keçirilməli olan müzakirənin proqramdan son anda çıxarıldığını bildirir. Sənətçi bu barədə Qıy Vaar!-a özü məlumat verib.
Ətraflı oxuyun: https://t.co/y8L2CnQ7zv
Ciddi böhranla üz-üzəyik. Media üzərində artan təzyiqlər əvvəlki qədər araşdırma aparmağımızı çətinləşdirib. Bu vəziyyət üzərimizə daha çox yük qoyub. Qıy Vaar!-da oxuduğunuz xəbərlərin böyük hissəsi bu gün könüllü əməyin hesabına hazırlanır.
Ətraflı: https://t.co/GpA6FTjCmQ
Kimliklərimizin rəqəmsal mühitlərdə də görməzdən gəlindiyini görürük. Buna görə də LGBTQ+lərin öz mikrofonunu tuta biləcəyi, öz sözünü deyə biləcəyi bir platforma qururuq. Bizi dəstəkləmək üçün ianə kampaniyamızla tanış ol: https://t.co/GpA6FTjCmQ
Türkiyədə keçirilən 24-cü İstanbul LGBTQİ+ Qürur Yürüşü polis qadağaları, nəqliyyat məhdudiyyətlərinə baxmayaraq iyunun 28-də yenə baş tutub. Aksiya zamanı ən azı 65 nəfər, o cümlədən hadisələri izləyən jurnalistlər saxlanılıb.
Ətraflı: https://t.co/aQ1cjIzPD6
AŞPA Azərbaycanda insan hüquqları və ifadə azadlığının vəziyyətinə dair “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib. Qətnamədə 2022-ci ildə öldürülən LGBTQİ+ fəalı və jurnalist Əvəz Hafizlinin işi ayrıca qeyd olunur.
Ətraflı oxu: https://t.co/Wkja2IR8Mc
Azərbaycanlı kuir, feminist və veqan aktivist Nana Xanım Babazadənin üzləşdiyi hüquq pozuntuları İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
Ətraflı oxu: https://t.co/xEdKeevbiz
İyunun 13-də Lüksemburqda Amnesty International Luxembourg və Rosa Lëtzebuerg milli LGBTI assosiasiyasının dəstəyi ilə Azərbaycandakı LGBTQ+ icmasının vəziyyətinə həsr olunmuş tədbir təşkil edilib.
Ətraflı oxu: https://t.co/Y1Yewyk9tc
Paris radikal Qürur yürüyüşündə bu il biz də vardıq. Yüksələn sağ-faşizminə, nifrətə və irqçiliyə qarşı birgə yeridik. #pride2026#prideradicale#qürurayı
Madriddə azərbaycanlı kuir kollaj rəssamı Adrian Lorenzo “Sugarts” platformasının təşkil etdiyi incəsənət yarışmasının böyük final mərhələsində qalib seçilib.
Ətraflı: https://t.co/0ybQojFBBD
11 Ayın sultanı gəldi!
Qıy Vaar! kolllektivi olaraq Banyö Qürur Yürüyüşündə iştirak etdik.
Qürur ayı, qazandığımız mübarizələri qeyd etməyin və çətin günlərdə birlikdə olmağın simvoludur. Qürür ayınız mübarək!
🗞️ BİR DƏQİQƏ, BALAM: gündəmdə nələr var?
- Avropa Komissiyası LGBTİ+ə qarşı “konversiya terapiyalarını” Aİ-də qadağan etməyəcəyini bildirib.
- Yaponiyada Ali Məhkəmə qeyri-binarlara dair pozitiv qərar çıxarıb.
- Budapeştdə bu ay keçiriləcək Qürur yürüşünə rəsmi icazə verilib.
Qafqazinfo yaydığı xəbərdə homoseksualın dələduzluğa məruz qalmasından bəhs edir. Adətən belə xəbərlərdə hansı məhkəmə olduğu qeyd edilsə də Qafqazinfo-nun xəbərində məhkəmə adı yoxdur. Bu isə hekayənin uydurulması ehtimalını qüvvətləndirir.
Ətraflı oxu: https://t.co/s6YXqeSCU9
Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla qadınlar və gənclərin geyim azadlığı ilə (dolayı ilə kuirlərlə) bağlı səsləndirdiyi fikirlərə görə sosial mediada tənqid olunub.
Azərbaycanda kuir icmanın həyat mübarizəsi hər zaman çətin olub. İllərdir bu barədə müzakirələr edilsə də, hər il bir çox icma üzvü üçün, ehtiyac yarandıqda, ev tapmaq bəzən mümkünsüzə yaxın olur. Bu haqda yeni köşə yazımızı oxuyun.
Ətraflı oxu: https://t.co/1aJ0pAVpyG
Bakıda trans qadın QİÇS səbəbilə həyatını itirib.
Hadisəni ictimailəşdirən digər trans qadınlar, ailəsinin ona baxmadığını, həyatının son günlərində özləri evlərində saxlayaraq qayğısına qaldıqlarını bildirirlər.
Avropada yaşayan azərbaycanlı kuirlərin köç hekayələrini bir araya gətirən “KÖÇ” qısa sənədli layihəsini birlikdə izlədik. Qıy Vaar! kollektivi olaraq Parisdəki azərbaycanlı kuirlər və dostlarımız ilə birlikdə icma görüşü keçirmişik.
Ətraflı bax: https://t.co/xQhgZiMS9o
“MNTR” trans təşəbbüsü tranzisiya prosesi ilə bağlı Azərbaycan dilində məlumat çatışmazlığını azaltmağı hədəfləyən “Tranzisiyalar” jurnalının ilk nömrəsini yayımlayıb.
Ətraflı oxu: https://t.co/UwHbFEks3H
Həbsdə olan Meydan TV əməkdaşı Xəyalə Ağayeva 17 May – Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü ilə bağlı məqalə qələmə alıb. Meydan TV tərəfindən dərc edilən məqaləni olduğu kimi təqdim edirik.
Ardını oxu: https://t.co/EJzKQoO3Fq
17 may 1990 qərarından sonra bu gün kuirlərin görünməzliyə və ayrı-seçkiliyə qarşı mübarizəsinin simvoluna çevrilib. “Demokratiyanın qəlbində” deyirik və LGBTQ+ hüquqlarının ayrılmaz olduğunu vurğulayırıq. Dəstək olan hər kəsə təşəkkürlər.