Kardeş Türkiye Cumhuriyeti nezdindeki görev süremin tamamlanması vesilesiyle, Türkiye Cumhuriyeti Dışişleri Bakanı Sayın Hakan Fidan’a veda ziyaretinde bulundum.
“Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir”.
Türkmənistan xalqına ən xoş arzularla!
Prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Füzuli rayonunda qarşılayıb.
https://t.co/yHTYdoA0tt
Bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.
Prezident İlham Əliyev Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
https://t.co/NMb5ZPXF2O
🇦🇿 15 İyun – Milli Qurtuluş Günündə Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edirik! Azərbaycan xalqının siyasi iradəsinin və milli birliyinin parlaq təzahürü olan bu əlamətdar tarix ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradıb.
15 İyun – Milli Qurtuluş Günü!
Bu tarix Azərbaycan dövlətçiliyinin xilası, milli birliyin möhkəmlənməsi və inkişaf yolunun başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılıb.
Milli Qurtuluş Günümüz mübarək olsun!
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!