23 yanvar saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun məhkəmə prosesi keçiriləcək. Məhkəmə açıqdır və hər kəs iştirak edə bilər!
İctimai fəal Möhyəddin Orucov yenidən saxlanılıb.
Ailəsinə verilən məlumata görə ona narkotik ittihamı verilib. Lakin fəaldan hələ də heç bir xəbər yoxdur. Vəkilsizdir!
Araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onun evində axtarış da aparıblar. Daha sonra isə Hafiz Babalı BŞBPİ-nə aparılıb.
13 dekabr saat 14:00-da Bakı Apellyasiya Məhkəməsində İlhamiz Quliyevin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılacaq.
13 dekabr saat 12:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası HİK-nin üzvü, kuryer Elvin Mustafayevin məhkəmə prosesi baş tutacaq. Məhkəmə açıq keçirilir.
11 dekabr saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası HİK-nin İdarə Heyətinin üzvü Ayxan İsrafilovun məhkəmə prosesi baş tutacaq. Məhkəmə açıq keçirilir.
Afiəddin Məmmədov Bakı İstintaq Təcridxanasından yazır:
"Kürdəxanıda vəziyyət bərbaddır, "voronok" bərbad vəziyyətdədir, havalandırma yoxdur. 5 nəfər üçün nəzərdə tutulmuş yerdə 9 nəfər saxlanılır. İçəridən üfunət iyi gəlir və yer zibillər ilə doludur".
Ayxan İsrafilovun kitablarına senzura qoyulub.
İşçi Masası İH üzvü Ayxan İsrafilovun kitabları həbsxana əməkdaşları tərəfindən rədd edilib. Həmin kitablar aşağıdakılardır:
Corc Oruel - "1984"
Dostoyevski - "Alçaldılmış və təhqir olunmuşlar"
Xose Mauro - "Şəkər portağalı"
Afiəddin Məmmədov üçün göndərilən 3 kitabı həbsxana əməkdaşları ona çatdırmaqdan imtina edib. Həmin kitablar aşağıdakılardır:
1. Karl Marks - "Kapital"
2. Cek London - "Dəmir daban"
3. Qustav Lebon - "Xalqların və kütlələrin psixologiyası"
Bu gün "Abzas Media"nın daha bir əməkdaşı Nərgiz Absalamova saxlanılıb. Nərgiz Absalamovanın vəkili yoxdur, harada saxlanıldığı da məlum deyil. Jurnalistika cinayət deyil! Sizin cinayətlərinizi ifşa edən jurnalistlərdən əl çəkin! #TəqibiDayandır
Afiəddin Məmmədovun sağlamlığında problemlər yaranıb. O, sümük ağrılarından və bədəninin sağ tərəfində kəskin ağrılardan şikayət etsə də, iki həftədir ki, həkim müayinəsi təmin olunmur.
Afiəddinin burnunun sındırılması ilə əlaqədar nəfəsalma problemi də hazırda davam edir.
On November 27, a trial was held based on the appeal filed by the head of the Workers' Desk Trade Unions Afiaddin Mammadov, against the extension of the prisonterm. The Baku Court of Appeal did not satisfy his appeal.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova, İşçi Masasının İH üzvləri Elvin Mustafayev və Ayxan İsrafilova azadlıq tələb edib.
#TənqidiDayandır
Çıxışın davamı: https://t.co/xR4C8bWQcr