Bu gün Azərbaycan Yüksəliş Partiyası Gənclər Təşkilatının ilk yerli təşkilatı Bərdə şəhərində quruldu.
AY partiya GT-nın Bərdə Təşkilatının sədri Əli Əzizli, sədr müavinləri isə Məhəmməd İsmayılov və Zərnişan Qənbərli seçildilər.
Hər bir gəncimizə uğurlar diləyirik.
İnsanları paklığa, mərhəmətə, xeyirxah əməllərə, xoş niyyətlərə səsləyən Ramazan ayı başlayır.
Allah tutulan orucları, edilən duaları qəbul eləsin!
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Ədalət Partiyasının sədri İlyas İsmayılova
Hörmətli İlyas bəy!
Sizi 85 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığa arzulayır, ictimai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Sizi bir daha təbrik edirəm.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Əziz soydaşlarımız!
Bu əziz Novruz Bayramı münasibəti ilə sizi təbrik edir, xalqımıza əmin-amanlıq və səadət arzulayıram.
Novruz Bayramınız qutlu olsun!
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının bölgələrə səfəri davam edir.
Başqan Anar Əsədli, partiya rəhbərliyi, Gənclər Təşkilatının təmsilçiləri bu gün Gədəbəy rayonunda olub.
https://t.co/fmAqVzv0yH
18 mart Türkiyənin Çanaqqala Zəfəri
Qəhrəman Türk Ordusunun tarixə qızıl hərflərlə yazdığı Çanaqqala cəbhəsindəki əzmkarlığı təkcə türk tarixinin deyil, bütün dünyaya örnək ola bilən hadisədir.
Çanaqqala şəhidlərini, mücahidlərini böyük sevgi və sayğı ilə yad edirik.
Türkiyənin Malatya, Adıyaman və Şanlıurfa vilayətlərində sel fəlakəti yaşanıb.
Təbii fəlakət nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk.
Keçmiş olsun, Türkiyə!
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Bu gün İlaxır çərşənbəsidir.
Ürəyimizin açıldığı, torpağımızın cana gəldiyi bu gözəl bayram öz qədəmləri ilə hər birimizin həyatına sevinc gətirsin, ölkəmizi bərəkətli, dövlətimizi qüdrətli, ordumuzu yenilməz, insanlarımızı məsud eləsin!
Əziz qadınlarımız!
Azərbaycan Yüksəliş Partiyası bu özəl gün münasibətilə bütün qadınları təbrik edir, onlara bol uğur və xoşbəxtlik diləyir. Qadınlar həyatın əbədi gözəlliyidir!
Azərbaycan Yüksəliş Partiyasının Başqanına yeni müşavir təyin edilib.
Bununla bağlı AY Partiya Başqanı Anar Əsədli sərəncam imzalayıb.
Sərəncama əsasən, tanınmış tərcüməçi, dəyərli ziyalı Məsumə Şükürzadə (Yekan) bu vəzifəyə təyinat alıb.
Məsumə xanıma uğurlar diləyirik.