Bu gün atılan addımlar sabahın güclü regionlarını və daha güclü Azərbaycanını qurur.
Birlikdə düşünür, birlikdə töhfə verir, birlikdə inkişaf edirik.
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz Platformasının İdarə Heyətinin üzvləri ilə #QİAD ofiisimizdə bir araya gəldik, geniş müzakirələr apardıq. 🇦🇿
22 May 2026-cı il tarixində Quba şəhərində yerləşən Alma Bağı Restoranında Quba İş Adamlarına Dəstək-QİAD Platforması və FAYDA İş Adamları Klubunun üzvləri, 100-dən çox sahibkar arasında işgüzar şam yeməyi təşkil olunmuşdur.
📍 Quba, Azərbaycan
22 may 2026-cı il tarixində Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində "REGİONAL EXPO QUBA 2026", "Rəqəmsallaşma və Regional Biznesin İnkişafı Sammiti" uğurla keçirildi.
#qiad#musiadaz#techera#REGIONALEXPO
🇦🇿🇯🇵 Azərbaycan və Yaponiya arasında yeni biznes və mədəniyyət platforması formalaşır
📅 11 May 2026
🕙 Saat 10:00
📍 Quba Şahdağ Truskavets Otel
QEYDİYYAT:
https://t.co/asTYhNUnEq
📍 Quba, Azərbaycan
Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo
Tədbir 22 May 2026-ci ildə Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində keçiriləcəkdir.
Qeydiyyat linki:
https://t.co/ccILilYWxg
Azərbaycan və Yaponiya arasında mədəniyyət və biznes körpüsü qurulur 🇦🇿🇯🇵
📅 11 May 2026
🕙 Saat 10:00
📍 Quba Şahdağ Truskavets Otel
QEYDİYYAT:
https://t.co/asTYhNUnEq
"Quba İş Adamlarına Dəstək-QİAD" platformasının və "Gənc MÜSİAD Azərbaycan"-nın birgə təşkilatçılığı ilə “Müasir həyatın ekzistensiyası” mövzusunda gənclərlə görüş keçiriləcək.
Görüşün qonağı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgün olacaq.
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz Platformasının təşkilatçılığı ilə 59 saylı Quba seçki dairəsinin Millət vəkili, professor Əlibala Məhərrəmzadə #GəncQİAD üzvləri ilə görüş keçirdi.
Dəyərli Gənclər !
Quba İş Adamlarına Dəstək-QİAD platformasının təşkilatçılığı ilə 23 mart saat 15:00-da “Gənclikdən Gələcəyə!” şüarı ilə 59 saylı Quba seçki dairəsinin Millət Vəkili, professor Əlibala Məhərrəmzadə ilə tələbə gənclərin görüşü keçiriləcəkdir.
📞 070 548 41 99
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz Platformasının təşkilatçılığı ilə Bakıda 100-ə yaxın ziyalılar və sahibkarların iştirakı ilə iftar süfrəsi ətrafında görüş keçirildi 🇦🇿
Sammitin məqsədi regionda rəqabətqabiliyyətli və innovativ biznes ekosisteminin formalaşmasına, iqtisadi aktivliyin artmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.Gələcəyin biznes mühitini birlikdə quraq! 🚀
#RegionalBiznesSammiti#Rəqəmsallaşma#Quba2026
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz platformasının İdarə Heyətilə "Səhər yeməyi" süfrəsində bir araya gəldik.
Görüş zamanı 2025-ci ildə həyata keçirdiyimiz fəaliyyətləri dəyərləndirdik, qarşıdakı 2026-cı il üçün planlaşdırılan layihələr və yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq.
#QİAD hələ gənc bir təşkilat olsa da, qısa müddətdə ortaya qoyduğu dinamizm və birlik ruhu gələcəkdə daha böyük nəticələrin və daha geniş təsirin müjdəçisidir. İnanırıq ki, 2026 #QİAD üçün sıçrayış ili olacaq.
Bu görüşümüzə ev sahibliyi edən, QİAD üzvümüz, Qubada yenicə istifadəyə verilmiş #Saffra Restoranının təsisçisi Tehran Əmiraslanova qonaqpərvərliyinə görə təşəkkür edirik.
Yeni biznesinin xeyirlərə vəsilə olmasını təmənni edirik !
Bu gün #GəncQİAD üzvü tələbələrlə “Səhər Yeməyi” süfrəsində bir araya gəldik.
Təşkilatçılığa görə gənc fəallarımız Urfan Sərkarova, Şəbnəm Abdullayevaya, dəstəklərinə görə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin @ADNSU1 müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sakit Səmədova @SakitSamadov və Azərbaycan Dövlət İqtisad Universitetinin @UNECeduaz baş müəllimi Nəriman Xanəhmədova təşəkkür edirik.
Görüş zamanı gənclərimiz fəal şəkildə müzakirələrdə iştirak etdilər, müəllimlərimizin dəyərli tövsiyələrini dinlədilər.
Gələcəkdə daha tez-tez görüşmək və müxtəlif istiqamətlərdə ortaq layihələr həyata keçirmək barədə razılığa gəldik.
Gənclərimizə həm təhsillərində, həm də şəxsi həyatlarında uğurlar arzulayırıq.
#qiad #gencqiad
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz platformasının təşkilatçılığı, "Kənd İNN" aqroturizm təsərrüfatının və "Green Plant” şirkətinin sponsorluğu ilə Quba rayonunda sahibkarlar “Səhər Yeməyi” və B2B görüşdə bir araya gəldilər.
Mayın 30-dan iyunun 1-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, #AZMİU Tələbə Gənclər Təşkilatının @tgt_azmiu birgə tərəfdaşlığı, @MUSIADAZ , @qiadaz platformasının da dəstəyi ilə Quba şəhərində “ArchiVision 2” adlı düşərgə təşkil olunmuşdur.
Əziz tələbələr, sizi #ArchiVisionTech 2 düşərgəsinə dəvət edirik!
Həyəcan dolu idman oyunları və əyləncəli şəhər turları
• Unudulmaz party və sosial fəaliyyətlər
📌 Qeydiyyat üçün son tarix: 18 may, saat 18:00
📌 Qeydiyyat linki: https://t.co/ARai8AQJGx
Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyəti, #Həmyerlilər Təşəbbüs qrupu üzvləri ilə üzvümüz Alma Bağı Hotel& Villas restoranında iftar süfrəsində görüşdük.
Sonra #QİAD olaraq gələcək fəaliyyətlərimizlə bağlı müzakirələr apardıq.
Quba İş Adamlarına Dəstək-QİAD @qiadaz platformasının təşkilatçılığı ilə Azərbaycanda və dünyanın fərqli ölkəkərində təhsil alan tələbə həmyerlilər Bakıda bir araya gəldi.
Məqsəd gənclərimizin həmrəyliyinin artırılması,onların iş həyatına inteqrasiyasına dəstək verməkdir.
#QİAD