Cıdır düzündə muğam müsabiqəsinin iştirakçılarından bir xanımın Qarabağ həsrəti. Şuşa 30 ildir bu sehrli musiqinin həsrəti ilə yaşayırdı. Biz Şuşanı dirçəldərək Qarabağa ruhumuzu, kimliyimizi qaytarırıq
Azərbaycan Ordusunun şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.
Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Türk dünyasının mədəniyyətinin təbliğ edilməsi və Azərbaycan ilə əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətlərinə görə @turksoyorg Baş katibi D.Kasseinova “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu təqdim etdim və ona uğurlar arzu etdim https://t.co/VJLefSulRF
Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.
Mədəniyyət Nazirliyi olaraq, qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verdik.
Ətraflı: https://t.co/7QLO7oVr1V
#Azərbaycan
Yeni İl və Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə hamını təbrik edir, sağlam, xeyirli, uğurlu və sevinc dolu il arzu edirəm. Vətənimiz sağ və həmrəy olsun, sülh və əminamanlıq olsun. Böyük Qayıdışımız bir addımda bizə yaxın olsun.
Xalqımızın bədii söz, ozan-aşıq sənətinin görkəmli ustadı Aşıq Ələsgərin 200 illik yubileyində iştirak etdim və sənətkarın yaradıcılığı, Azərbaycan dövlətinin aşıq sənətinin və milli dəyərlərimizin inkişafı üçün göstərdiyi səylər haqqında danışdım https://t.co/nGDd6H3Qh2